"Roma” təcrübəli futbolçusu Nikolas Burdisso ilə yollarını ayırıb. Bu barədə klub saytı məlumat yayıb. Belə ki, "canavarlar”dan ayrılan 32 yaşlı müdafiəçi digər A seriyası təmsilçisi "Cenoa” ilə müqavilə bağlayıb. Bu transferin detalları ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, argentinalı futbolçu 2010-cu ildə Milan "İnter”indən "Roma”ya keçib. O, cari mövsüm ancaq 5 matçda çıxış edə bilib.