ABŞ millisinin futbolçusu “Beşiktaş”da

ABŞ millisinin futbolçusu “Beşiktaş”da

"Şalke” klubunun futbolçusu Cermeyn Cons karyerasını Türkiyə Superliqasında davam etdirəcək. "Ntv Spor”un yaydığı məlumata görə, "Beşiktaş” 32 yaşlı yarımmüdafiəçini heyətinə qatıb. Təcrübəli futbolçu tibbi müayinədən keçdikdən sonra "ağ-qaralar”la 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan Cons 2007-ci ildə digər Almaniya klubu "Ayntraxt”dan "Şalke”yə keçib. O, cari mövsüm Bundesliqada 14 matça çıxıb və 1 qol vurub.