“Barselona”da baş verənlər məni maraqlandırmır”

“Barselona”da baş verənlər məni maraqlandırmır”

"Real”ın hücumçusu Kriştianu Ronaldo İspaniya çempionatının 21-ci turu çərçivəsində "Qranada” ilə qarşılaşmadakı qələbədən (2:0) sonra komandasının oyundan- oyuna fəallığını artırdığını bildirib. Madrid klubunun rəsmi saytı portuqaliyalı futbolçunun sözlərini belə təqdim edib: "2014-cü ildə yeddi oyunda yeddi qələbə qazanıb və qapımızdan top buraxmamışıq. Bu, əla nəticədir. Biz daha yaxşı oynaya və inkişaf edə biləcəyimizi göstərəcəyik. "Barselona”nın yeni pezidenti barədə eşitmişəmmi? Heç nə deyə bilmərəm. O, başqa klubdur. Orada baş verənlər məni maraqlandırmır”.
Yeri gəlmişkən, Ronaldo "Qranada” ilə oyundan əvvəl "Santyaqo Bernabeu” stadionunda 2013-cü ilin ən yaxşı oyunçusu kimi qazandığı "Qızıl top” mükafatını nümayiş etdirib.