“Barselona” hücumçusu ilə müqaviləni təzələdi

“Barselona” hücumçusu ilə müqaviləni təzələdi

"Barselona” gənc hücumçusu Jan-Mari Donqu ilə müqaviləni yeniləyib. Bu barədə klub saytı məlumat yayıb. Belə ki, 18 yaşlı futbolçu ilə müqavilənin müddəti 2017-ci ilin 30 iyununa qədər uzadılıb.
Qeyd edək ki, "Barselona” futbol məktəbinin yetirməsi olan kamerunlu hücumçu ötən ildən əsas komanda ilə çıxış edir.