“Borussiya”nın futbolçusu “Qalatasaray”da oynayacaq

“Borussiya”nın futbolçusu “Qalatasaray”da oynayacaq


Dortmund "Borussiya”sının gənc futbolçusu Koray Günter karyerasını Türkiyə Super-liqasında davam etdirəcək. Yerli KİV-in məlumatına görə, "Qalatasaray” 19 yaşlı müdafiəçini heyətinə qatıb. İstanbul təmsilçisi bu transfer üçün dortmundlulara 1 milyon avro ödəyəcək.
Qeyd edək ki, Almaniya millisinin aşağı yaş qrupları üzrə komandalarında da çıxış edən Günter 2008-ci ildən "Borussiya”dadır. O, cari mövsümdən əsas komandaya daxil edilib.