Millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu "Rubin”in futbolçusu İvan Markano karyerasını Yunanıstan çempionatında davam etdirəcək. Bu barədə Kazan klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı müdafiəçi "Olimpiakos”la müqavilə bağlayıb. Müqaviləyə görə, o, cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, ispaniyalı futbolçu 2012-ci ildə ölkəsinin "Vilyarreal” klubundan Rusiya təmsilçisinə keçib. O, 2011-2012-ci illər mövsümünü də icarə əsasında "Olimpiakos”da keçirmişdi.