FİFA-nın prezidenti Yozef Blatter Beynəlxalq Olimpiya Komitəsinin (BOK)126-cı sessiyasında iştirak etmək üçün buraya gəlib.
«Artıq Soçidəyəm. Olimpiya Hərəkatında fəaliyyət göstərən əməkdaşlarımla görüş anını səbirsizliklə gözləyirəm», - deyə FİFA-nın prezidenti bildirib.
Xatırladaq ki, XXII Qış Olimpiya Oyunlarının paytaxtı Soçidə keçiriləcək 126-cı sesiyası öz işini fevralın 7-də başa çatdıracaq.