Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib

Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib

Mayın 21-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) aidiyyəti milli idman federasiyalarıyla (MİF) birgə təşkilatçılığıyla keçirilən təlim-məşq toplanışı (TMT) çərçivəsində maarifləndirici seminar təşkil edilib.

Olimpnews.az xəbər verir ki, Azərbaycan Atletlər Komissiyasının (AAK) da fəal iştirak etdiyi seminarın məqsədi idmançılara Olimpiya dəyərləri və “Təhlükəsiz İdman” mövzusu ilə bağlı ətraflı məlumat vermək olub.

6 idman növündən 70 nəfərdən artıq yeniyetmə idmançının iştirak etdiyi seminar zamanı təqdim olunan əyləncəli və maarifləndirici oyunlar müxtəlif idman növlərini təmsil edən yeniyetmələr arasında ünsiyyətin güclənməsinə və dostluq əlaqələrinin formalaşmasına xidmət edir. Məlumdur ki, AGOF-da iştirak edən komandalar ölkələrini təkcə yarışlarda deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edən ictimai-mədəni tədbirlərdə də təmsil edirlər.

Skopye 2025 AGOF-un missiya rəhbəri, BOK-un “Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev tədbirin əvvəlində iştirakçılara AGOF və seminar haqqında ətraflı məlumat verib. O, “Təhlükəsiz İdman” mövzusunun son illərdə çox aktual olduğunu vurğulayıb və bu sahədə idmançı və məşqçilərin rolu, məsuliyyətləri barədə təqdimatla çıxış edib.

Daha sonra MOK-un əməkdaşları və AGOF-un sabiq, həmçinin hazırkı səfirləri Günay Salamova və Nərmin Kərimova iştirakçılara Olimpiya dəyərlərinin təbliği, komanda ruhunun formalaşması və “Təhlükəsiz İdman” mövzusunda praktik biliklərin artırılması məqsədilə əyləncəli və maarifləndirici oyunlar təqdim ediblər.

Tədbirdə Atletlər Komissiyasının üzvləri, tanınmış idmançılar Rafiq Hüseynov, İradə Aşumova və Fəridə Əzizova ilə yeniyetmə idmançılar arasında qrup müzakirələri aparılıb.

Tədbirin sonunda çıxış edən Rafiq Hüseynov və MOK əməkdaşı Mehman Kərimov ölkəmizi AGOF-da təmsil edəcək gənc idmançılara uğurlar arzulayıblar.

Toplanışın əsas məqsədi yeniyetmə idmançıların Skopye 2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə və hərtərəfli hazırlığını təmin etməkdir. MOK-un aidiyyəti milli idman federasiyaları ilə təşkil etdiyi təlim-məşq toplanışı 24 may tarixinədək davam edəcək.

Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib Skopye 2025 Avropa Gənclər Yay Olimpiya Festivalına (AGOF) hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib