Argentina millisinin üzvü La Liqa klubunda forma geyinəcək

Argentina millisinin üzvü La Liqa klubunda forma geyinəcək

"Porto”nun futbolçusu Nikolas Otamendi karyerasını İspaniya La Liqasında davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi "Valensiya” klubu ilə 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Otamendi 2010-cu ildə ölkəsinin "Veles Sarsfild” klubundan Portuqaliya təmsilçisinə keçmişdi.