"Çelsi” təcrübəli müdafiəçisi Con Terri ilə müqaviləni yeniləməyə hazırlaşır. Bu barədə İngiltərənin "Daily Mail” qəzeti xəbər yayıb. Belə ki, London klubu 33 yaşlı futbolçusu ilə cari mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaqla bağlı razılığa gəlib. Bununla da, Terri "mavilər”də 17-ci mövsümünü keçirmiş olacaq.
Qeyd edək ki, İngiltərə millisinin keçmiş futbolçusu 1995-ci ildə digər Premyer Liqa təmsilçisi "Vest Hem”dən "Çelsi”yə keçib.