"Mançester Yunayted”in futbolçusu Nemanya Vidiç yeni mövsümdən A seriyasında oynayacaq. İtaliya mətbuatının yaydığı məlumata görə, "İnter” 32 yaşlı müdafiəçi ilə razılığa gəlib. Klubun qarşıdakı günlərdə bu transferi rəsmən açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Vidiçin "qırmızı şeytanlar”la müqaviləsi mövsümün sonunda başa çatacağı üçün "İnter” təzminat ödəməyəcək.