Ruslan Abışov ehtiyatda qaldı

Ruslan Abışov ehtiyatda qaldı

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi "Rubin” klubu növbəti oyununu keçirib. Həmyerlimiz İspaniyada keçirilən "Diamonds Cup” turnirinin ilk turunda meydana çıxmayıb.
R. Abışov Bolqarıstanın güclülər dəstəsinin debütantı "Lyubimets”lə görüşdə iştirak etməli olsa da, ayağındakı ağrılar buna imkan verməyib. Oyun "Rubin”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Rubin” turnirdəki növbəti oyununu fevralın 8-də ÇFR-a qarşı keçirəcək.