Bu həftə AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XIX turunun oyunlarında baş verənlər müzakirə olunub.
Qırmızı vərəqənin olmadığı həftə "Neftçi” və "İnter”in cəzalanması ilə nəticələnib. "Neftçi” - "Simurq” matçının 61-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadəsi olunduğu üçün bakılılar 1000 manat cərimə olunublar.
"İnter” - AZAL matçında AFFA nümayəndəsinə təqdim olunan oyunun videoyazısı qeyd edilmiş disk boş olduğu üçün meydan sahibləri 1000 manat ödəməli olacaqlar.