17 yaşınadək qızlardan ibarət yığmamız da Türkiyəyə gedəcək. Millimiz fevralın 8-dən 16-a qədər Antalyada təlim-məşq toplanışında olacaq.
Hazırlıq prosesi çərçivəsində yığmamızın yoldaşlıq oyunları keçirməsi də nəzərdə tutulub. Toplanışa 19 futbolçu dəvət olunub.
Bunların 6-sı Almaniya və Gürcüstanda oynayan legionerlərdir.
Qeyd edək ki, bundan sonra 17 yaşınadək oğlan futbolçularımız da Antalyaya yollanacaqlar. Baş məşqçi Mirbağır İsayev fevralın 15-dən 27-dək Türkiyədə seleksiya xarakterli hazırlıq keçəcək.