Futzalçılarımız reytinq siyahısında gerilədilər

Futzalçılarımız reytinq siyahısında gerilədilər

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Belçikada keçirilən Avropa çempionatının final mərhələsində çıxışını başa vuran Azərbaycan yığması yeni cədvəldə 11-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 1391 xal var.
Joze Alesionun yetirmələri qrupda qalmaqla 1 pillə geriləyib. Sloveniya millisini 7:6 üstələyən və İtaliya komandasına 0:7 hesabı ilə məğlub olan yığmamız əvvəl qərarlaşdığı 10-cu yeri əldən verib. Komandamızı ilk "onluq”dan Yaponiya millisi kənarlaşdırıb. Asiyalılar 10-cu yerə sahib çıxıblar.
Qeyd edək ki, siyahının ilk 3 pilləsində Braziliya (1946), İspaniya (1944) və Rusiya (1721) yığmaları qərarlaşıblar.