“Cim-Bom”da daha bir transfer

“Cim-Bom”da daha bir transfer

"Qalatasaray” Argentina "Boka Xuniors”unun futbolçusu Gilyermo Burdissonu heyətinə qatıb. Bu barədə klubun saytı rəsmi məlumat yayıb. 25 yaşlı dayaq müdafiəçisi bu mövsümün sonuna qədər İstanbul klubunda çıxış edəcək.
Müqaviləyə görə, "Cim-Bom” mövsümün sonunda bu futbolçunu 3 milyon avro qarşılığında müqaviləsi ilə birgə almaq haqqına sahibdir. "Sarı-qırmızılar” bu transfer üçün futbolçuya 300, klubuna isə 250 min dollar ödəyəcək.
Qeyd edək ki, Argentina millisində də çıxış etmiş Burdisso 2012-ci ildən "Boka Xuniors”un şərəfini qoruyur. O, 2010-2011-ci illər mövsümündə icarə əsasında İtaliyanın "Roma” klubunun formasını geyib.