"Simurq” klubu heyətinə daha bir futbolçu qatıb. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Mindauqas Kalonas icarə əsasında mövsümün sonuna qədər Zaqatala təmsilçisində çıxış edəcək.Litva yığmasının hücumameylli yarımmüdafiəçisi bu həftə "Simurq” klubu ilə münasibətlərini rəsmiləşdirib. "Bakı”dan icarə əsasında heyətə qatılan 30 yaşlı futbolçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Kalonas "Bakı”nın heyətində cari mövsümdə 17 oyunda forma geyinib və 6 qol vurub. Ötən mövsüm isə "Rəvan”ın uğurları üçün çalışan oyun qurucusu 13 görüşdə 8 dəfə fərqlənməyi bacarmışdı.