Yüzlərlə braziliyalı San Paulo şəhərinin küçələrinə çıxaraq dünya çempionatının Braziliyada keçirilməsinə etirazlarını bildiriblər. Ölkənin ən çox əhalisi olan şəhərinin sakinlərinin əlində "Rədd ol, FIFA” sözləri yazılmış transparantlar olub. Nümayişçilərdən biri Braziliya hökumətini belə tənqid edib: "Dünya çempionatına hazırlaşmaq üçün onların yeddi ili vardı, amma bir iş görməyiblər. Stadionlar hazır deyil. Aeroportların vəziyyətinə bir baxın!”
Etiraz aksiyaları həmçinin Rio de Janeyro, Brasilia, Resife, Salvador və Natale şəhərlərində də keçirilib və polislə toqquşmalar baş verib. Stadionlara daxil olmaq istəyən 15 şəxsin həbs olunduğu bildirilir.