Türkiyə Super-liqasının XX turuna yekun vurulub. Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor” klubu növbəti oyununu keçirib. Roberto Karlosun yetirmələri evdə lider "Fənərbaxça” ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Baş məşqçi Roberto Karlos Cihanın adını matçın iştirak ərizəsinə daxil etsə də, onu sona qədər ehtiyatda saxlayıb.
Yeri gəlmişkən, Azərbaycan millisinin digər futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu "Elazığspor” klubu da növbəti oynuna çıxıb. "Qakqoşlar” doğma azarkeşləri qarşısında "Kayserspor”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 22 yaşlı müdafiəçimiz isə oyunun 87-ci dəqiqəsində meydana daxil olub. O, Onur Ayıkı əvəzləyib.
Qeyd edək ki, hazırda "Sivaspor” 35 xalla 4-cü, "Elazığspor” isə 19 xalla 15-ci pillədə qərarlaşıb.