Yığmamızın üzvü 90 dəqiqə meydanda oldu

Yığmamızın üzvü 90 dəqiqə meydanda oldu

21 yaşınadək millimizin və Düsseldorf "Fortuna”sının üzvü Tuğrul Erat vaxtilə UEFA Avropa Liqasından "Qarabağ”ı uzaqlaşdıran Dortmund "Borussiya”sı ilə yoxlama matçında meydana çıxıb. 1-ci Bundesliqa təmsilçisi bu görüşün birinci hissəsində əsas heyətə güvənib.
Erat bu oyunda 90 dəqiqə meydanda olub. Hesabı oyunun 8-ci dəqiqəsində Marko Roys açsa da, 10 dəqiqə sonra Tuğrulun künc ötürməsindən sonra Martin Latka hesabı bərabərləşdirib. "Borussiya”dan Martsel Şmeltser və Yonas Hofmanın qollarına "Fortuna” matçın 75 və 77-ci dəqiqələrində Timm Qolli və Oliver Finklə cavab verib. Ancaq görüşün əsas vaxtının bitməsinə 8 dəqiqə qalmış Hoffmannın vurduğu qol "Borussiya”nın 4:3 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Tuğrul Erat bundan əvvəl "Fortuna”nın Hollandiyanın "Meerssen” (3:0), Xorvatiyanın "Dinamo” (0:1), Almaniyanın "Ştrümp” (7:0), "Bayer” (0:4), "Ayntraxt” (1:1, pen. - 5:6), Perunun "Alyansa” (2:1) və Norveçin "Odd” (0:0) klubları ilə yoxlama oyunlarında meydana çıxmış və 4 qol vurmuşdu.