17 yaşınadək qızlardan ibarət millimizin Türkiyədə yoxlama oyunu keçirəcək rəqiblərindən biri müəyyənləşib. Yığmamız Rusiyanın müvafiq milli komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq. Bu oyun fevralın 12-də təşkil olunacaq.
Qeyd edək ki, 17 yaşınadək qızlardan ibarət komandamız fevralın 8-dən 16-dək Türkiyədə hazırlıq keçəcək. Həmin müddətdə bir neçə yoldaşlıq matçlarının keçirilməsi nəzərdə tutulub.