Bundesliqa klubunun azərbaycanlı rekordçusu

Bundesliqa klubunun azərbaycanlı rekordçusu


Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat Almaniyanın "Fortuna” klubunda rekord vurub. U-21-in milliləşən legioneri Düsseldorf təmsilçisinin qış fasiləsində keçirdiyi yoxlama matçlarında hamıdan çox meydanda olub.

Erat 8 yoxlama oyununda 582 dəqiqə oynayıb. Bununla da hücumçumuz baş məşqçi Lorens Günter Kostnerin ən çox güvəndiyi futbolçu olub.
II Bundesliqa klubunun 30 oyunçusu arasında hamıdan öndə olan Erat ən yaxın izləyicisini böyük fərqlə qabaqlayıb. Belə ki, ikinci olan çexiyalı Martin Latka 495 dəqiqə oynayıb. Bu oyunçu təxminən 1 il əvvəl "Neftçi”nin maraq dairəsində olsa da, sonda Almaniyaya yollanmışdı.
Yeri gəlmişkən, Almaniyanın 2-ci Bundesliqasına start verilib. Tuğrul Eratın çıxış etdiyi "Fortuna” "Münhen 1860”a qarşı oynayıb. Yenə start heyətində yer alan futbolçumuz Münhendə 90 dəqiqə meydanda olub. Görüş isə 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Düsseldorf təmsilçisi 26 xalla 10-cu pillədə qərarlaşıb.