AFFA rəsmiləri Amsterdamda

AFFA rəsmiləri Amsterdamda

Dünən Hollandiyanın Amsterdam şəhərində UEFA-nın media seminarı başlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da tədbirdə iştirak edir.
Onunla bərabər departamentin mütəxəssisi Nərminə Zülfüqarova da Amsterdamdakı seminara qatılıb. UEFA-nın təşkil etdiyi tədbir fevralın 14-də başa çatacaq.