Yunanıstanın "Olimpiakos” klubu "Atletiko”dan icarəyə götürdüyü qapıçı Robertonu birdəfəlik alıb. Xarici mətubatın yaydığı məlumata görə, bunun üçün klub Madrid təmsilçisinə 6 milyon avro təzminat ödəyib.
İspan qapıçı Yunanıstan təmsilçisinin bu qərarının onun üçün sürpriz olduğunu deyib: "Bunu gözləmirdim. Ancaq "Olimpiakos”da qaldığım üçün xoşbəxtəm”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən "Olimpiakos” 1/8 finalda "Mançester Yunayted”lə qarşılaşacaq.