Adriano yenidən yaşıl meydanlara qayıdır

Adriano yenidən yaşıl meydanlara qayıdır

İtaliyanın "İnter” və "Roma” kimi klublarında çıxış etmiş məşhur braziliyalı hücumçu Adriano yenidən futbola qayıdır. 31 yaşlı futbolçu ölkəsinin "Atletiko Paranaense” klubu ilə razılığa gəlib.
Klubun rəsmi saytında yer alan məlumatda qeyd olunur ki, rəhbərlik təcrübəli hücumçu ilə rəsmi müqavilə bağlayıb. Bu müqaviləyə əsasən, o, cari ilin sonuna kimi yeni komandasının formasını geyəcək.
Qeyd edək ki, son olaraq (2012) yerli "Flamenqo” klubunda çıxış etmiş Adriano 2000-2009-ci illər ərzində Braziliya millisinin də formasını geyib.