"Atletiko”nun azarkeşlərindən biri İspaniya kuboku uğrunda yarımfinal oyununun fasiləsi zamanı "Real”ın hücumçusu Kriştanu Ronalduya alışqan atıb. Azarkeşin atdığı alışqan "Real”ın müdafiəçisi Serxio Ramosla paltardəyişmə otağına gedən Ronaldunun başına dəyib.
Qeyd edək ki, Kriştanu Ronaldu həmin oyunda iki penalti zərbəsini reallaşdırıb.