Türkiyənin "Trabzonspor” klubu "Styaua”nın futbolçusu Aleksandru Burçanunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rumıniya təmsilçisi və 28 yaşlı yarımmüdafiəçi ilə hərtərəfli razılığa gələn "bordo-mavililər” Burçanu ilə 3,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Rumıniya millisinin də üzvü olan təcrübəli futbolçu 2011-ci ildə ölkənin digər klubu "Timişoara”dan "Styaua”na keçmişdi.