İbrahim Üzülməz “Beşiktaş”a keçir

İbrahim Üzülməz  “Beşiktaş”a keçir

Mustafa Dənizlinin gəlişindən sonra "Xəzər Lənkəran”a baş məşqçi köməkçisi kimi transferi gündəmə gələn İbrahim Üzülməz keçmiş klubu "Beşiktaş”la anlaşmaq üzrədir. Bu barədə keçmiş futbolçunun özü yerli mətbuata açıqlamasında məlumat verib.
Klub prezidenti Fikrət Ormanla razılığa gəldiyini vurğulayan, türkiyəli məşqçi İstanbul təmsilçisinə keçmək üçün baş məşqçi Slaven Biliç və idman direktoru Öndər Özənin qərarını gözlədiyini bildirib. Üzülməz onu da qeyd edib ki, əgər bu transfer baş tutarsa, o, yeni vəzifəsində futbolçularla məşqçilər korpusu və rəhbərlik arasında körpü rolunu oynayacaq.
Qeyd edək ki, 2000-2011-ci illər ərzində "Beşiktaş”da çıxış etmiş Üzülməz futbolla vidalaşdıqdan sonra "Rizəspor”da Mustafa Dənizlinin köməkçisi olmuşdu.