"Qarabağ”ın cari mövsümün gedişində yollarını ayırdığı Miro Varvodiç özünə yeni komanda tapıb. Azərbaycanı tərk edəndən sonra klubsuz olan 25 yaşlı xorvatiyalı qapıçı özünü yenidən Almaniyada sınamaq qərarına gəlib.
4 il Kölndə eyniadlı komandanın şərəfini qoruyan Miro elə həmin şəhərə qayıdıb. Lakin bu dəfə o, Varvodiç Regionalliqada çıxış edən "Viktoriya”nın düşərgəsinə yollanıb. Qapıçı hazırda bu komandada baxışdadır.
Qeyd edək ki, UEFA Avropa Liqasında "Qarabağ”ın komandasının "Ayntraxt”la oyunundan sonra heyətinə düşə bilməyən, ötən ilin sonunda klubdan ayrılan qapıçı təxminən bir müddət əvvəl Macarıstanın "Dyor” klubunda da baxışda olmuşdu.