Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda federasiyanın yeni baş katibi Əfqan Həmzəyev və mətbuat xidmətinin rəhbəri İlkin Aslanov toplantı iştirakçılarına təqdim olunub.
Sonra yeni təkliflər dinlənilib. Uzun sürən müzakirələrdən sonra yeni qərarlar qəbul olunub. Həmin qərarlar aşağıdakılardır:
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birılikdə "Təhsil” kubokunun keçirilməsi. Bununla bağlı memorandum imzalanacaq. Həmin memeranduma, əsasən, bu kubok ATFF və Təhsil Nazirliyi ilə birgə keçiriləcək.
- Tələbələr arasında milli komandanın yaradılması ilə bağlı qərar qəbul olunub. Qərarda yığma komandanın Avropa və dünya çempionatlarında iştirakına razılıq verilib.
- ATFF-nin əsasnaməsində dəyişiklik olub. Tələbələr arasında keçirilən futbol çempionatının adı dəyişdirilərək "Təhsil kuboku” olub. Dəyişikliyə əsasən ilk 4 yer tutan komandaların beynəlxalq miqyaslı yarışlarda iştirak etməsi federasiya tərəfindən təşkil ediləcək.