"Valensiya”nın mərkəz müdafiəçisi Xuan Torres Ruis ("Kala”) karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Klubun rəsmi saytının yaydığı məlumata görə, "Kardiff Siti” 24 yaşlı futbolçunu heyətinə qatıb.Belə ki, ingilis klubu ispan futbolçu ilə 2,5 illik müqavilə bağlayıb. Təcrübəli futbolçu yeni komandasında 27 nömrəli formanı geyəcək.
Qeyd edək ki, "Sevilya” futbol klubunun yetirməsi olan Kala İspaniya təmsilçisində ümumilikdə 24 oyun keçirib.