Topaz Premyer Liqası çərçivəsində "Sumqayıt” klubu ilə oyunu cəza səbəbindən buraxan AZAL-ın futbolçusu Con Oluremi yenidən heyətə qayıdıb. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, buna baxmayaraq heyətlə bağlı problemlər hələ də qalmaqdadır.
Belə ki, son oyunda 4-cü sarı vərəqəsini alan Cavid Tağıyev növbəti turda meydançaya çıxa bilməyəcək. Bundan başqa, Xuan Fransisko və Samuel Barlay da zədə səbəbindən məşqlərdə iştirak edə bilmir. Çox güman ki, onların hər ikisi "Qarabağ”la matçda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, "Qarabağ” - AZAL qarşılaşması fevralın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.