Admir Teli 3 həftə kənarda qalacaq

Admir Teli 3 həftə kənarda qalacaq


"Qarabağ” klubunun albaniyalı futbolçusu Admir Teli ciddi zədə alıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, "Qəbələ” ilə oyunu erkən tərk etməli olan mərkəz müdafiəçisinin müayinədən sonra uzun müddətə sıradan çıxdığı müəyyənləşib.
Albaniyalı müdafiəçinin sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkar olunub. 32 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Qeyd edək ki, Admir Teli "Qəbələ” ilə oyunun 12-ci dəqiqəsində zədələnərək yerini İlqar Qurbanova verməli olmuşdu.