Ötən həftə millimizin futbolçusu Ufuk Budak Türkiyə PTT I Liqasında növbəti oyununu keçirib. Onun şərəfini qoruduğu "Qaziantep BB” XXV turda səfərdə "Balıkesirspor”la üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Müdafiəçimiz isə bu matçda start heyəti ilə meydana çıxıb. O, oyunun 74-cü dəqiqəsində Sinan Özkanla əvəzlənib. Ufuq matçın 20-ci dədiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Qaziantep BB” bu matçdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.