Millimizdə yeni baş məşqçi

Millimizdə yeni baş məşqçi

16 yaşınadək futbolçulardan ibarət yığma komandamızın yeni baş məşqçisi müəyyənləşib. Təbriz Həsənov bundan sonra U-16-nı çalışdıracaq.
T. Həsənov U-15-ə baş məşqçi təyin olunan Aslan Kərimovla yerdəyişmə edib. Belə ki, "Karvan”ın keçmiş çalışdırıcısı ötən il U-15 olan futbolçuları ilə U-16-da da çalışmaq istədiyindən, bu komandanı seçib.