Məşqçilərimiz “Bavariya”nın bazasında olub

Məşqçilərimiz “Bavariya”nın bazasında olub

Müxtəlif yaş qruplarından ibarət yığma Azərbaycan komandalarında çalışan bir qrup məşqçi Almaniyaya səfər edib. 16 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes səfər çərçivəsində "Bavariya” (Münhen) klubunun bazası ilə tanış olublar. Məşqçilər komandanın Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilə görüşüb, məşq prosesini izləyib, fikir nübadiləsi aparıblar.