Asiya Futbol Forumu (Soccerex Asian Forum) başlayıb. Mayın 14-dək davam edəcək tədbirə İordaniya ev sahibliyi edir.
UEFA rəhbərliyinin təyinatına əsasən AFFA-nın baş katibi Elxan Məmmədov da foruma qatılıb. O, tədbirdə UEFA-nın və qurum prezidenti Mişel Platininin nümayəndəsi kimi iştirak edir.