Yığma komandamızın ABŞ millisi ilə yoldaşlıq matçına çağırılmış Dimitri Nəzərov Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb. Onun çıxış etdiyi "Karlsrue” "Bohum”un çempionatın son turunda qonağı olub.
Ampluaca hücumçu olan D. Nəzərov bu matçda sol cinah yarımmüdafiəçisi kimi mübarizə aparıb. O, 90 dəqiqə meydanda olub. Futbolçumuz matçın 6-cı və 21-ci dəqiqələrində qol vurmağa yaxın olsa da, rəqib qapıçı Andreas Lute buna imkan verməyib. Görüş isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Yeganə qolu bosniyalı yarımmüdafiəçi Adnan Zahiroviç vurub.
Qeyd edək ki, "Karlsrue” və millimizin digər üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna” mövsümü 50 xalla V-VI pillələrdə başa vurublar.