Argentina millisinin hücumçusu, "Barselona”nın ulduz futbolçusu Lionel Messinin İspaniya Maliyyə Nazirliyi ilə başı bəladadır. Belə ki, futbolçu vergi məsələsinə görə yenidən nazirliyə çağırılıb.Ötən il az qala həbsə göndərilən və sonradan razılaşma ilə canını qurtaran ulduz futbolçu yenidən problemlə üzləşib. Dünyanın ən çox qazanan futbolçusu olan Messinin bu gedişlə bank hesabındakı pul get-gedə azalacaq. Bir ildir hesabları araşdırılan futbolçunun faizlərlə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir. Messinin menecerlik işlərindən başqa, maliyyə işlərini də idarə edən atası Xorxe Messi keçən il avqust ayında 5 milyon avro cərimə ödəyib.
Xatırladaq ki, Messinin Türk Hava Yolları ilə reklam müqaviləsi olmasına baxmayaraq, Olimpiada-2020-yə şəhərlərin seçimində İstanbulu yox, digər namizəd şəhər - Madridi dəstəkləmişdi.