İsmayıllıda futbol üzrə “3x3 qızlar” turniri keçirilib

İsmayıllıda futbol üzrə “3x3 qızlar” turniri keçirilib

İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı, "AccessBank” və UNICEF-in dəstəyi ilə futbol üzrə "3x3 qızlar” turniri keçirilib.
Turnirdə 78 komanda və 390 oyunçu iştirak edib. Onlardan 146-sı indiyədək hər hansı turnirdə iştirak etməmiş oyunçular olub. Turnir zamanı "Dəqiq zərbə”, "11 metrlik zərbə”, "Futbol tennis” və s. adlı yarışlar təşkil olunub.
Qaliblərə hədiyyələri 19 və 21 yaşınadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Gonzales, həmçinin 15 və 17 yaşınadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Siyasət Əsgərov və "AccessBank”ın nümayəndələri təqdim ediblər.