Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Cədvəldə dünyanın 152 yığması yer alıb.
Bu komandalardan 105-i əsas siyahıya daxil edilib, 45 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb.
Hesabında 1391 xal olan Azərbaycan yığması növbəti dəfə irəliləyişə nail olub. Ötən reytinq cədvəlində 10-cu olan millimiz mövqeyini 1 pillə yaxşılaşdırıb.
Joze Alesionun yetirmələri artıq dünyanın 9-cu komandasıdır. Bu irəliləyişə səbəb isə Yaponiya komandasının geriləməsidir. Belə ki, asiyalılar "Top-10”u tərk ediblər.
1. Braziliya 1928
2. İspaniya 1915
3. İtaliya 1771
4. Rusiya 1739
5. Argentina 1641
6. Portuqaliya 1616
7. İran 1606
8. Ukrayna 1460
9. AZƏRBAYCAN 1391
10. Paraqvay 1384