Bakıda UEFA-nın mini turniri keçiriləcək

Bakıda UEFA-nın mini turniri keçiriləcək


Mayın 14-dən 16-a qədər Bakı şəhərində 18 yaşınadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın mini turniri keçiriləcək. Mini turnirdə Azərbaycan, Rusiya və İsrail komandalarının müvafiq yaş qrupuna daxil olan yığmaları iştirak edəcək.
Qeyd edək ki, bütün oyunlar "Bayıl Arena” stadionunda təşkil olunacaq.

Mini turnir
14 may, saat 14:00
Azərbaycan - İsrail

15 may, saat 14:00
İsrail - Rusiya

16 may, saat 14:00
Azərbaycan - Rusiya