"Barselona" dönəmi başa çatdı"

Barselona"nın futbolçusu Xavyer Maskerano komandanın bu mövsümkü çıxışını dəyərləndirib.
Argentinalı futbolçu klubun rəsmi saytına açıqlamasında uğursuz çıxışdan sonra Avropada "Barselona" dönəminin artıq bitdiyini söyləyib: "Hazırda ən önəmli şey "Barselona"nın gələcəyidir. Çox uğursuz bir mövsümü geridə qoyduq. Klub bəzi qərarlar verəcək və bəzi dəyişiklik olacaq".
Qeyd edək ki, "Barselona" cari mövsümü kuboksuz başa vurub.