Danimarkanın paytaxtı Kopenhagendə Danimarka Futbol İttifaqının (DFİ) 125 illik yubileyi qeyd olunub. DFİ-nin dəvəti ilə AFFA-nın baş katibi Elxan Məmmədov da tədbirdə iştirak edib. Baş katib Danimarka Futbol İttifaqının prezidenti Yesper Meller Kristensenə AFFA rəhbərliyinin yubileylə bağlı təbrikini çatdırıb.