Yığmamızın rəqibləri London və Osloda oynayacaqlar

Yığmamızın rəqibləri London və Osloda oynayacaqlar

2016-cı il Avropa çempionatının seçmə mərhələsində millimizin rəqibi olan İtaliya yığmasının növbəti yoldaşlıq görüşündə qarşılaşacağı komanda müəyyənləşib. "Skaudra adzurra” mayın 31-də Londonda İrlandiya millisi ilə üz-üzə gələcək. Oyun İngiltərə Premyer Liqasında mübarizə aparan "Fulhem” klubunun ev oyunlarının keçirdiyi "Kreyven Kottec” arenasında təşkil olunacaq. Yığmamızın qrupdakı digər rəqibi Norveç yığması isə həmin gün paytaxt Osloda Rusiya komandasını qəbul edəcək.
Xatırladaq ki, komandamız EURO-2016-nın seçmə mərhələsində İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta yığmaları ilə bir qrupda mübarizə aparacaq.