Messi və Ronaldo faciəyə biganə deyil

Messi və Ronaldo faciəyə biganə deyil

Türkiyədə yaşınan mədən faciəsinə dünyanın aparıcı futbolçuları da biganə qalmayıb. Hazırda dünyanın ən yaxşı futbolçuları olan Lionel Messi və Kriştiano Ronaldo sosial şəbəkədə başsağlığı mesajı yayıblar. Lionel Messi Türkiyəyə ingilis və türk dillərində başsağılı ünvanlayıb: "Manisada baş verən mədən qəzası səbəbilə, başda həlak olan mədənçilərin ailələri olmaqla, bütün Türkiyəyə başsağlığı verirəm. Ümid edirəm ki, yerin altında qalan mədənçilər sağ-salamat çıxacaqlar. Qəlbim qəzada zərər çəkən hər bir şəxsin yanındadır”.
Kriştiano Ronaldo da Soma faciəsi ilə bağlı üzüntüsünü dilə gətirib: "Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır. Hələ də yerin altında qalan işçilərin sağ çıxması üçün dua edirəm”.