Xəbər verdiyimiz kimi, mayın 21-dən 24-dək Bakıda qol güləşi üzrə XXIV Avropa çempionatı keçiriləcək.
Çempionat ərəfəsində milli komandamızın yeni forması hazırlanmışdır. Türkiyənin "Fənərbaxça” fabriki tərəfindən tikilmiş geyim dəsti artıq Azərbaycana gətirilib.
Məlumat üçün bildirək ki, çempionatda 30 ölkədən 700-dən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq.