Futzal üzrə rayon birinciliyinə start verilib

Futzal üzrə rayon birinciliyinə start verilib

Mayın 17-də Sabirabad Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə rayon birinciliyinə start verilib.
Rayon birinciliyində rayonun 40-dan çox komandası iştirak edir.
Açılış mərasimində çıxış edənlər ulu öndərin gənclərə göstərdiyi qayğıdan ətraflı söhbət açıb, rayonun sosial iqtisadi inkişafına verdiyi dəyərli töhfələr haqqında məlumat veriblər. Bildirilib ki, milli liderin xatirəsinə həsr olunan idman turnirinin keçirilməsi dahi şəxsiyyətə olan ehtiramın bariz nümunəsidir.