Futbol dünyada ən məşhur idman növlərindən biridir. Əbəs yerə futbolu idmanın şahı hesab etmirlər. Futbolu digər növlərdən fərqləndirən cəhət onun komanda idman növü olmasıdır. Burada təkcə bir idmançının deyil, bir neçə futbolçunun əməyinə ehtiyac duyulur. Uğurlu nəticəyə nail olmaq üçün komandanın hər bir üzvü tam gücünü ortaya qoymalıdır. Meydanda uğur qazanmağın birinci cəhəti futbolçu ilə bağlı olsa da, digəri isə baş məşqçi amil ilə əlaqədardır. Məhz baş məşqçi komandanı oyuna kökləyir və taktiki gedişləri sayəsində uğurlu nəticə qazanır. Nahaq yerə deyilmir ki, əgər komanda məğlub olursa, məşqçi günahkardır. Bəli, futbolda nailiyyət qazanmaq üçün baş məşqçi seçimi vacib şərtdir. Baş məşqçi komandanın üzvlərinə, onların potensialına və komandadakı ab-havaya bələd olmalıdır. Bu sadalanan hallar bir xətt üzrə inkişaf etmədikdə qələbə qazanmaq da çətin olur. Elə komandalar var ki, uğursuz məşqçi seçimi nəticəsində ən mühüm kubok yarışlarından kənarda qalırlar. Belə olan halda isə baş məşqçi ya özü istefa verir, ya da ki, rəhbərlik tərəfindən komandadan qovulur. Heç kəsə sirr deyil ki, dünya futbolunda belə hallar tez-tez yaranır.
Budəfəki mövzumuz həmin uğursuz məşqçilərlə bağlıdır. Baş məşqçi vəzifəsindən ən tez qovulan mütəxəssislərin adlarını müəyyənləşdirib oxuculara təqdim edirik. Siyahıda əsasən İngiltərə klublarından qovulan məşqçilər yer alıblar. Bu mütəxəssislərin sırasında isə "Xəzər Lənkəran”ın sabiq çalışdıcısı Con Toşakın da adı var. Uelsli mütəxəssis ölkəsinin yığmasında 41 gün ərzində bir oyun keçirdikdən sonra tutduğu vəzifəsindən istefaya göndərilib.
1. Dave Bassett ("Kristal Palas”) - 4 gün
2. Luici Del Neri ("Porto”) - 36 gün
3. Con Toşak (Uels) - 1 oyun (41 gün)
4. Miki Adams ("Suonsi”) - 3 oyun (13 gün)
5. Sers Kosmi ("Palermo”) - 4 oyun (34 gün)
6. Gian Pyero Qasperini ("Palermo”) - 5 oyun (3 ay)
7. Stiv Koppel ("Mançester Siti”) - 6 oyun (33 gün)
8. Aleks Makleiç ("Nottingem Forest”) - 7 oyun (40 gün)
9. Les Reed ("Çarlton” - 7 oyun (41 gün)
10. Brian Klauc ("Lids”) - 7 oyun (44 gün)
11. Stiv Brüs ("Uiqan”) - 8 oyun (55 gün)
12. Alan Şirer ("Nyukasl”) - 8 oyun (51 gün)
13. Kolin Todd ("Derbi Kounti”) - 17 oyun (98 gün)
14. Pol Hart ("Kvins Park Reyncers”) - 17 oyun (98 gün)