Dünya çempionatının himninə klip çəkildi

Dünya çempionatının himninə klip çəkildi

Amerikalı ulduzlar Cenifer Lopez və Pitbul "Ue Are One (Ole Ole)” mahnısına klip çəkdiriblər.  Mahnı bu il Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının himni seçilib. Rep ifaçısı Pitbul bildirib ki, mahnı 2013-cü ilin sonlarında yazılıb. O vaxt FİFA-2014-ün təşkilatçıları ona üz tutaraq mahnı yazmasını istəyiblər: "Təklifi alanda uşaq kimi sevinirdim. Bu mənim üçün şərəfli bir hissdir. Cenifer ilə yenidən mahnı ifa etmək şansı qazandım. Ümid edirəm ki, "Ue Are One” futbol pərəstişkarlarını bir araya gətirməklə yanaşı, Şakiranın ifa etdiyi "Vaka Vaka” mahnısını da üstələyəcək”. Cenifer Lopez isə klipin çəkilmə xəbərini pərəstişkarlarına çatdırıb. Klipdə olduqca rəngarəng görüntülər yer alıb. Futbol üzrə dünya çempionatlarından seçmə kadrlar da klipə xüsusi yaraşıq verib. 
Qeyd edək ki, futbol üzrə dünya çempionatı Braziliyada iyun ayının 12-dən iyul ayının 13-nə qədər davam edəcək.